Mojo.az Banner
14:47 Yağışlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     14:46 Azərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI  |     14:42 AZAL Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB  |     13:42 Kimlər təyyarə ilə uçmamalıdırlar? - Mütəxəssis riskləri açıqladı  |     13:41 Pakistanda zəlzələ olub  |     13:41 Leyla və Arzu Əliyevalar "CandyFest" yay festivalını ziyarət edib, "Sehrli mirvari" su sirki şousunu izləyiblər - FOTO  |     13:38 Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO  |     13:36 Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO  |     13:28 "Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"  |     13:17 Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA  |     23:00 Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılıb?  |     22:59 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq"  |     22:28 Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib (FOTO)  |     22:18 Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:19 “Turan Tovuz” onunla yeni müqavilə imzaladı  |     21:06 Diabet ən çox bu qan qrupu olanlarda tapılır  |     20:35 Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi  |     20:28 Bakının məşhur bazarı sökülür  |     20:23 Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?  |     20:17 39 saniyədə fəlakət: Venesuela şəhərləri xarabalığa çevirildi - Ölkədə talanlar başladı  |    
Left Banner
Right Banner

Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı

04.10.2024 20:42 1 293
Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı
Sahibkar Elçin İmamquliyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit Çay Evi"ndə (Elit Pub) qumar oyunlarının oynanılması aşkar edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə sahibkarın qardaşı Elnur İmamquliyev saxlanılıb.

Məlum olub ki, Elnur İmamquliyev qardaşı ilə birgə sözügedən iaşə obyekti işlədir. O, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri də təşkil edib.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Elnur İmamquliyev saxlanılıb, ona Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə Elnur İmamquliyev 1 il 6 ay müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə bu müddət ərzində yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək vəzifəsi qoyulub. Onun şəxs cəzasını çəkməsinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanıb.скачать dle 11.3
Mojo.az Banner