Mojo.az Banner
18:16 Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA  |     18:05 Mahir Emreli Polşa klubuna keçir  |     17:53 Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər  |     17:47 Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? (VİDEO)  |     17:42 İsrail ərəb ölkəsində erməni hərbçini öldürdü  |     17:37 Pensiya alanların nəzərinə  |     17:29 Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın  |     17:15 "Bütün əyləncələri ikinci plana atmışdım" - Maksimum bal toplayan Aydan  |     17:08 Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Ekspert açıqladı (Video)  |     17:02 "Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa  |     16:57 Smartfonla bağlı bu vərdiş gənclərdə də yaddaşı zəiflədə bilər - Alimlərdən xəbərdarlıq  |     16:49 Günəş kremi icad edilməzdən əvvəl insanlar necə qorunurdu?  |     16:44 Azan səsinə görə təyyarə təcili eniş etdi  |     16:35 Polis qanunsuz saxlanılan 14 tüfəng aşkarladı  |     16:30 Türkiyə ermənilərin gömrük prosesini asanlaşdırdı  |     16:30 Sabah Bakıda 38° isti olacaq, bəzi rayonlara dolu düşəcək  |     16:22 Polis cinayət törətməkdə şübhəli bilinən 50 nəfəri saxladı  |     16:15 Bakıda azyaşlı bacı-qardaş itkin düşdü  |     16:09 Xırdalanda yaşayış binasında yanğın olub  |     15:53 Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, dörd nəfər xəsarət alıb  |    
Left Banner
Right Banner

Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir

03.10.2024 21:16 819
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir.

Bu barədə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əks olunub.

Qeyd olunub ki, layihə hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Nəzərə çatdırılıb ki, layihənin müxtəlif maddələrində “orta ixtisas təhsili” sözləri əlavə edilir. Bununla yanaşı, dəyişikliklərdə müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir.

Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir.

Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.
//reportскачать dle 11.3
Mojo.az Banner