Sabiq deputat Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:06 Bakıda bəzi ərazilərdə suyun verilməsində fasilə YARANACAQ  |     16:05 Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı  |     15:59 Ceyranbatanda 46 yaşlı fəhlə faciəli şəkildə öldü  |     15:57 Vətəndaşları şantaj edən "baş redaktor" və "redaktor" saxlanılıblar  |     15:51 Göygöldə 22 yaşlı qız qaçırıldı  |     15:47 İki qurumdan birgə ƏMƏLİYYAT - Saxlanılanlar arasında vəzifəli şəxslər də var  |     15:43 Bakıda taksi sürücüsü müştərisinin 30 min dollarını oğurlayıb özünə maşın aldı  |     15:37 Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?  |     15:06 BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  |     15:00 Göyçayda yas mərasimində DƏHŞƏT - Xəsarət alanların sayı ARTDI (YENİLƏNİB)  |     14:58 Azərbaycanın dövlət xadimlərinə sui-qəsd hazırlayan terrorçuya HÖKM OXUNDU  |     13:33 "Apple" ABŞ-yə "iPhone" dolu beş təyyarə yollayıb  |     13:24 Rusiyada "Instagram" və "Facebook"a reklam yerləşdirmək qadağan edildi  |     13:18 "Parasetamol" - Kişilər üçün gizli TƏHLÜKƏ  |     13:02 "DeepSeek" süni intellekt sahəsində daha bir inqilabi yenilik elan etdi  |     12:46 "Real Madrid"in altı futbolçusu "Arsenal"la görüşdə komandaya kömək edə bilməyəcək  |     12:31 Niyə gün ərzində daim yatmaq istəyirik? - Rusiyalı həkim səbəbini AÇIQLADI  |     12:19 İnsanlıq tarixinin ən dağıdıcı ili müəyyən edilib  |     12:18 İranda 7 nəfər mədənçi həlak oldu  |     12:16 Avtomobillərin yay hazırlığı: "Kondisioner işlətməmək yanlış düşüncədir" - VİDEO  |    

Sabiq deputat Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib

Sabiq deputat Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Cinayət işi üzrə məhkəməyə şahid qismində çağırılan İlqar Mustafayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O deyib ki, H.Abdullayevi 1995-ci ildən tanıyır:

"Hüseyin Abdullayevin biznes fəaliyyəti ilə məşğul olduğunu bilirdim. Mən onun mağazasında, daha sonra isə restoranında inzibati işlərdə işləyirdim. H.Abdullayevin şirkətlərinə qeyri-rəsmi olaraq Nizami Xəlilov nəzarət edirdi. Mən də uzun müddət onun ailə üzvlərinə məxsus şirkətlərdə işləmişəm və 2015-ci ilin sonlarında əməkdaşlığı dayandırmışam."

Şahid ibtidai istintaq zamanı H.Abdullayevin xaricdəki fəaliyyəti və oradan gələn pullarla bağlı məlumatının olduğunu, eləcə də H.Abdullayevə xaricdən külli miqdarda pul gəldiyini bildirib:

"Xaricdən gələn pullarla bağlı ona hər hansı bir sual vermək ixtiyarımız yox idi. Bu pullara onun mühasibi Azadə Cəfərova nəzarət edirdi. O, Hüseyn Abdullayevin etibar etdiyi şəxslərdən biri idi. Belə ki, Azadə Cəfərova onların ailəsinə məxsus bank hesablarına mədaxil-məxaric edirdi. Bu pullar onların əmlaklarının icarə və satışından gələn pullar idi. Mən sözügedən pulları toplayıb ona verirdim. Miqdar çox olanda Azadə xanımı banka qədər müşayiət edirdim".

Cinayət işi üzrə dindirilməli olan növbəti şahid - H.Abdullayevin anası Zeynəb Abdullayev isə ifadə verməkdən imtina edib.

Daha sonra hakim iş üzrə məhkəməyə daxil olan bir neçə teleqramı səsləndirib.

Ağasəfər Ələkbərov vurduğu teleqramda bildirib ki, H.Abdullayev hələ deputat olan zaman Yasamal rayonunda yaşadığı evdən köçmək üçün Nüsrət adlı işçi pul təklif etmişdi:

"Biz də köçməkdən imtina etmişdik. Ona görə də evin yaxınlığında olan binanın su borusunu qəsdən deşmişdilər və evimizi su basmışdı. Bu səbəbdən aylarla kirayədə yaşamağa məcbur olmuşduq".

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 03.10.24 20:48