Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

"Hamster Kombat" tokeni birjaya çıxdı - FOTO

26.09.2024 17:25 1 779
Kriptovalyuta birjalarında "Hamster Kombat" (HMSTR) tokeninin - TON blokçeynində buraxılmış eyniadlı "Telegram" oyununun yerli kriptovalyutasının ticarətinə başlanılıb.

Median.Az
-ın RBK-ya istinadla verdiyi məlumata görə, "AirDrop"("Apple" cihazları arasında simsiz məlumat ötürmə texnologiyası) zamanı alınmış tokenlərin ticarəti sentyabrın 26-da Bakı vaxtı ilə saat 16:00-da "OKX", "Bybit", "Bitget", "Binance" və digər ticarət platformalarında açılıb.

Bildirilir ki, "Binance"də spot ticarətinin başlanğıcında "Hamster Kombat"ın qiyməti 0.01 dollar təşkil edib.

"Hamster Kombat" - "Telegram"da minitətbiq şəklində klikker oyunudur. Oyunda dələ şəkli olan düyməyə basmaqla və digər tapşırıqları yerinə yetirməklə, virtual kriptovalyuta birjasında personajı inkişaf etdirməklə daxili oyun sikkələrini "qazanmaq" olar.

Həmçinin bonusları "YouTube"da tətbiqin videolarına baxmaqla və referral sistemi ilə yeni oyunçular cəlb etməklə əldə etmək olar.

Pavel Durov "Hamster Kombat" layihəsini "internet fenomeni" adlandırıb, çünki oyun ilk 73 gün ərzində auditoriyasını 100 milyon istifadəçiyə çatdırıb. Hazırda oyunun "Telegram" kanalında 60 milyondan çox abunəçi var. Avqustun 28-də "Hamster Kombat" komandası "AirDrop" və tokenin birjalara çıxışını elan edib.

HMSTR-in ümumi emissiyası 100 milyard tokendir. Bunlardan 75 milyardı istifadəçilər arasında iki mərhələdə paylanacaq: 60 milyard birinci (cari) mövsümdə paylanıb, daha 15 milyardı isə "AirDrop" iştirakçıları oktyabrda başlaması planlaşdırılan ikinci mövsümdə alacaqlar.

Son xəbərlər