Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sabah Konstitusiya Məhkəməsi parlament seçkisinin nəticələrinin təsdiqlənməsinə baxacaq

20.09.2024 14:00 1 173
Sabah Konstitusiya Məhkəməsi parlament seçkisinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkinin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq olunması daxil edilib.

Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkinin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.

Son xəbərlər