Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Biləsuvarda minik maşını traktorla toqquşdu: Dörd nəfər xəsarət aldı

18.09.2024 15:13 939
Biləsuvarda minik maşını traktorla toqquşdu: Dörd nəfər xəsarət aldı
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində qeydə alınıb.

"Hyundai" markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər