Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb

12.09.2024 21:10 1 140
Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb
Oktyabrın 27-də Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, imtahanda iştirak etmək istəyən namizədlər əvvəlcə Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında “Şəxsi kabinet” yaratmalı və 11 sentyabr saat 12:00-dan 7 oktyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

“DİM AQC-də təmsil olunan İqtisad Universiteti və digər ali tədris müəssisələrinin mütəxəssislərindən ibarət Ekspertlər Şurası tərəfindən hazırlanmış tədris proqramı ilə bu imtahana start verib. Tədris proqramı DİM-in saytında qeyd olunub və 9 istiqamət üzrə müddəaları əhatə edir. Bu istiqamətlərdə müəyyən olunmuş proqrama uyğun şəkildə sual bankı yaradılır. Hazırda mütəxəssislərimiz tərəfindən sual bankı formalaşdırılır və bu proses bitdikdən sonra imtahan keçiriləcək”.

V. Oruc bildirib ki, imtahanı uğurla keçən iddiaçılara qiymətləndirici şəhadətnaməsi veriləcək: “İmtahanda 30 sual olacaq və maksimum nəticə 60 baldır. 60 baldan 30 və ya daha çox bal toplayanlar qiymətləndirici şəhadətnaməsini alacaqlar. Daha sonra Qiymətləndiricilər Palatası formalaşdırılacaq. Palata həmin imtahandan keçmiş minimum 15 qiymətləndirici tərəfindən təşkil olunacaq. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, Palata üzvlərindən sədr, müavinlər və rəyasət heyətinin üzvləri seçiləcək. Beləliklə, qiymətləndirmə sektoruna rəhbərlik Qiymətləndiricilər Palatası vasitəsilə aparılacaq”.

Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən, ölkəmizdə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilməsi DİM tərəfindən həyata keçirilir. Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər ali təhsilə və 3 ildən az olmayan iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 27 oktyabr 2024-cü il tarixində DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108, TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner