Mojo.az Banner
17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

"Şərur Ticarət Mərkəzi"ndəki partlayışa görə qaz idarəsinin əməkdaşına hökm oxundu

11.09.2024 13:57 750
Şərur Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Nurlan Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mehdi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

İttihama görə, Nurlan Yusifov Şərur rayon Qaz İstismarı İdarəsində nəzarətçi-çilingər vəzifəsində işləyib. 2023-cü ilin yanvar ayından başlayaraq Şərur rayonunun Düdəngə kənd sakininin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş "Şərur Ticarət Mərkəzi"nin qaz qurğuları və qaz cihazlarına nəzarət etmək vəzifəsi ona həvalə olunub. Təqsirləndirilən şəxs "Qaz təsərrüfatının texniki istismar qaydaları"nın 8.10-cu bəndlərinin tələblərini kobud surətdə pozub, ticarət mərkəzinə və qaz sayğacı qoyulan vaxtdan obyektdə olan qaz avadanlığına texniki baxış keçirməyib, qaz sızmasının olub-olmamasını yoxlamayıb, həmçinin qaz xəttinin üzərindəki yarımdövrəli qaz kranının işlək olub-olmadığını yoxlamayıb və müvafiq akt tərtib etməyib.

Belə ki 2023-cü ildə ticarət mərkəzində qaz sızmadan partlayış baş verib. Nəticədə ticarət mərkəzinin binasının 1307 kvadratmetr hissəsi yanaraq həmin obyektə 208 min manat, müxtəlif adda əmtəələrin satışı ilə məşğul olan ümumilikdə 60-dan çox zərərçəkmişin malları yanaraq onlara ziyan dəyib.

Hadisədən sonra Nurlan Yusifov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
скачать dle 11.3
Mojo.az Banner