Mojo.az Banner
15:15 DİQQƏT - ADY bəzi sərnişinlərin biletlərinin pulunu QAYTARACAQ  |     13:11 Uçuş ləğv edilib və ya gecikib: Bunları bilmək vacibdir  |     12:58 Qubada hamilə qadın xəstəxanada ölüb - RƏSMİ AÇIQLAMA  |     12:57 Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA  |     12:56 Göyçayda 36 yaşlı kişi BIÇAQLANDI  |     12:47 Daun sindromu niyə artır? — Həkimdən xəbərdarlıq  |     12:36 Azərbaycan nefti BAHALAŞDI  |     12:29 Bakıda məşhur hoteldə YANĞIN: Qonaqlar təxliyə edildilər - Video  |     12:25 Aliment ödəyən valideynlər üçün vacib xəbər: Pul uşağın hesabına köçürülə bilər - Video  |     11:46 Messi DÇ yarımfinalında meydana çıxan ən yaşlı meydan oyunçusu oldu  |     11:44 Aİ Ukrayna üçün PUA istehsal edəcək zavodlara 10 milyard avro yatıracaq  |     11:43 MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi  |     11:32 "Sən yaşamamalısan!" - Bakıda mağazada səkkiz bıçaq zərbəsi alan qadın dəhşətli anları danışdı  |     11:29 Sürücülərin NƏZƏRİNƏ: Bakının beş küçəsində təmir işləri başlayır  |     11:27 Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb  |     11:20 Dünya birjalarında neft üçgünlük artımdan sonra UCUZLAŞDI  |     23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |    
Left Banner
Right Banner

Bakıda dələduzluqda ittiham olunan türkiyəli iş adamı ilə bağlı QƏRAR

06.09.2024 12:25 1 344
Bakıda dələduzluqda ittiham olunan türkiyəli iş adamı ilə bağlı QƏRAR
Bakıda dələduzluqda təqsirləndirilən "Hom Paş Prestij" MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün barəsindəki qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı tam ləğv edilib, apellyasiya şikayətinə verilmə müddəti bərpa olunub.

Qeyd edək ki, H.Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij" MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək bir mənzili ayrı-ayrı şəxslərə təkrar sataraq onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Prosesdə ifadə verənə zərərçəkmiş Elçin Heydərov bildirib ki, 2007-ci ildə mənzil alsa da, sonradan mənzillərinin sənədlərini ala bilməyib və həmin mənzillərin başqa sahiblərinin olduğunu öyrənib.

Sonradan ona binadan 100 min manat dəyərində qeyri-yaşayış obyekti və iki mənzil verilib. Buna görə də şikayət və tələbinin olmadığını, barışdıqlarını deyib.

Digər zərərçəkmiş Vəli Əkbərli də ona məxsus qeyri-yaşayış obyektinin geri qaytarıldığını və şikayəti olmadığını qeyd edib.

Bildirək ki, Hikmət Yiğitdöl Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bir neçə il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner