Mojo.az Banner
11:33 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?  |     11:28 Bakıda nəhəng monitor qadının üstünə aşdı - Video  |     11:25 Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı  |     23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Universitetlərdə hələ də köhnə dərsliklərin tədris olunması qəbuledilməzdir"

04.09.2024 16:43 816
 
Mövzu ilə bağlı modern.az-a danışan informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert ElvinAbbasov bildirib ki, Azərbaycanda informasiya texnologiyaları üzrə təhsilin hansı səviyyədə olmasını ölçmək üçün müəyyən meyarlara ehtiyac var:
 
“Ölkədə kadr potensialı, informasiya texnologiyaları sahəsində ölkədə görülən işlər, həmçinin universitet tələbələrinin getdiyi praktika yerləri bu meyarlara misal ola bilər. Tələbələrin praktika üçün getdiyi yerlərdən bir neçəsi ilə əlaqələrim var. Bir neçə universitetdə vəziyyət yaxşıdır, amma əksər universitetlərdə vəziyyət çox pisdir. 4 il oxuyub real IT şirkətində praktikaya gələn tələbəni ümumiyyətlə kodlaşdırma sahəsində birinci səviyyə sayılmayacaq, yüngül biliklərinin olduğunu görürük. Universitetdəki müəllimlərin, dərs planlarının vəziyyəti də məlumdur. Tələbələr arasında bu istiqamətdə sorğu-sual edəndə universitetlərdəki informasiya texnologiyaları sahəsində keçirilən dərslərdən və müəllimlərin səviyyəsindən narazı olduqları həmişə müşahidə olunur”.
 
E.Abbasov qeyd edib ki, bu mövzuda beynəlxalq təcrübə çox önəmlidir:
 
“Köhnə dərsliklərin, texnologiyaların hələ də universitetlərdə tədris olunması qəbuledilməzdir. Təbii ki, universitetlərdə öz inkişafına investisiya qoyan tələbələr var ki, seçilirlər. Onlar hətta universitet müddətində iş tapır, yaxşı layihələrdə imzaları olur. Amma bu 2-3% təşkil edir. Ümumiyyətlə universitetlərdən məzun olan İT sahəsində təhsil almış tələbələrə baxdıqda deyə bilərik ki, 2-3 universitetdə vəziyyət yaxşıdır. Digər universitetlər isə tələbəni insan kapitalına çevirmədən, lazımi tədris təqdim etmədən, tələbəyə dövrə uyğun şəkildə bilik vermədən praktikaya göndərir. Tələbə burada və sonrakı iş həyatında da uğursuz olur".
 
Müsahibimiz sonda vurğulayıb ki, bu problemlər sadəcə universitetlərə deyil, bu sahədə fəliyət göstərən kurslara da aiddir:
 
“Bu sahədə tədris verən kursların da çoxunda vəziyyət eynidir. Ölkədə sadəcə 3-4 sayılıb seçilən kursdan başqa digərləri sadəcə tələbənin pulunu alaraq yanlış istiqamətləndirir, yaxud lazımi bilikləri vermədən onu hansısa işə yönləndirir. Bu zaman da tələbə təbii ki, müsahibələrdən keçə bilmir. Baxırıq ki, bu kurslardan çıxan bir çox insan müəyyən dövrdən sonra bu bilikləri itirirlər. Ölkədə informasiya texnologiyaları sahəsində təlim-tədris istiqamətində ümumi yanaşma arzuolunan səviyyədə deyil”.скачать dle 11.3
Mojo.az Banner