Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda ağır qəza: İki uşaq xəsarət aldı

04.09.2024 12:50 1 521
Bakıda ağır qəza: İki uşaq xəsarət aldı
Bakının Xətai rayonunda iki azyaşlı qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlər 2016-cı il təvəllüdlü H.N. və onun qardaşı, 2018-ci il təvəllüdlü H.Ə. xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Sürücünün ifadəsinə görə, avtomobilin əyləc sistemində yaranan problemə görə qəza baş verib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər