Mojo.az Banner
19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi Bankın baş direktoru nazirin müşaviri təyin edildi

27.08.2024 18:27 894
Mərkəzi Bankın baş direktoru nazirin müşaviri təyin edildi
Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.

Bu məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiq ediblər.

F. Osmanov bu təyinata qədər 2020-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

F. Osmanov həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.

O, 2005-ci ildən AMB-nin İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.

2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi” medalı ilə təltif olunub.скачать dle 11.3
Mojo.az Banner