Mojo.az Banner
13:22 Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB  |     13:03 Neft kəskin UCUZLAŞDI  |     13:01 Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq  |     12:46 Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu  |     12:44 Məşhur meymun "Punch" bir yaşını qeyd edib  |     12:42 Samuxda 57 yaşlı çobanın meyiti tapıldı  |     12:33 Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır  |     12:31 Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır  |     12:19 Kolumbiya Azərbaycan da daxil olmaqla 15 ölkədə səfirliyini bağlayacaq  |     12:17 İranla savaşda yaralanan ABŞ hərbçilərinin sayı AÇIQLANDI  |     11:51 Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |    
Left Banner
Right Banner

Azərbaycanda həkim cərrahi əməliyyat zamanı canlı yayım açdı - VİDEO

27.08.2024 16:25 870
Azərbaycanda həkim cərrahi əməliyyat zamanı canlı yayım açdı - VİDEO
Bakıda özəl tibb müəssisələrinin birində əməliyyat zamanı "TikTok" platformasında canlı yayım açılması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, əməliyyat edən həkimlərdən biri yazılan şərhləri oxuyur və cavablandırır. Otağa isə təmizliklə bağlı tez-tez girib-çıxan əməkdaşlar var. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

Bəs görəsən, əməliyyat zamanı canlı yayıma niyə icazə verilir? Özəl müəssisələrə nəzarət edən hansısa qurum varmı?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu belə cavablandırıb:

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur.

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Özəl tibb müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və nəzarətin həyata keçirilməsi TƏBİB-in səlahiyyətləri daxilində deyil".

Məsələ ilə bağlı əməliyyatda iştirak edən və canlı yayımda üzü görülən Rauf Rəhimli ilə əlaqə saxladıq.

O, saytımıza açıqlamasında bu fikirləri səsləndirib:

"Bildirmək istəyirəm ki, canlı yayım əməliyyat bitdikdən sonra açılıb. Yayımda əməliyyat icra olunmur. Sadəcə, yara silinir və sarğı edilir. O proses yanımızdakı tibb bacısı tərəfindən icra olunur və mən sadəcə, ona nəzarət edirəm. Yayımda mənim tərəfimdən heç bir əməliyyat icra edilmir. Mən cərrahi assistent olaraq prosesə köməklik edirdim. Yayımın məqsədi insanlara cərrahi əməliyyatların qorxulu olmadığını bildirməkdir".скачать dle 11.3



Mojo.az Banner