Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Dünyada bir ilk: Yeddi ölkə ağciyər xərçənginə qarşı peyvənd sınaqlarına başladı

24.08.2024 13:57 867
Dünyada bir ilk: Yeddi ölkə ağciyər xərçənginə qarşı peyvənd sınaqlarına başladı
Həkimlər xəstələrdə mRNT-dən (Matris ribonuklein turşusu, digər adla informasiya RNT-si - zülalların ilkin strukturu haqqında məlumatları ehtiva edir - red.) istifadə edərək ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndi sınaqdan keçirməyə başlayıblar.

Bu barədə Median.Az "The Guardian" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, mütəxəssislər bu məhsulun minlərlə insanın həyatının xilas edilməsi istiqamətində "novator" potensialını yüksək qiymətləndiriblər.

"The Guardian"ın xəbərinə görə, ağciyər xərçəngi dünyada xərçəngdən ölüm hallarının əsas səbəbidir və ildə təxminən 1.8 milyon insanın ölümünə gətirib çıxarır. Xəstəliyin inkişaf etmiş formalarında və şişlərin yayıldığı xəstələrdə sağ qalma göstəriciləri xüsusilə aşağıdır.

Lakin hazırda mütəxəssislər yeni preparatı sınaqdan keçirirlər ki, bu, orqanizmə xərçəng hüceyrələrini izləmək və məhv etmək, daha sonra isə onların yenidən yaranmasının qarşısını almaq üçün əmr verir. BNT116 adı ilə tanınan və "BioNTech" şirkəti tərəfindən istehsal olunan peyvənd xəstəliyin ən çox yayılmış forması olan qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsi üçün nəzərdə tutulub.

"The Guardian" qeyd edir ki, BNT116-nın insanlar üzərində ilk sınağı olan 1-ci mərhələ klinik sınaqlara yeddi ölkədə - Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyədə 34 tədqiqat mərkəzində başlanılıb.

Ümumilikdə, təxminən 130 xəstə immunoterapiya ilə birlikdə peyvəndi almaq üçün qeydiyyata alınacaq. Təxminən 20 nəfər Böyük Britaniyadan olacaq.

Peyvənddə COVID-19 peyvəndlərinə analoji olaraq, RNT-dən (mRNT) istifadə edilir və bununla da immunitet sisteminə bədəni xərçəng hüceyrələri ilə mübarizəyə hazırlamaq imkanı verir.

Məqsəd ondan ibarətdir ki, kimyaterapiyadan fərqli olaraq, sağlam hüceyrələrə təsir etmədən insanın xərçəngə qarşı immun reaksiyası artırılsın.

"The Guardian" yazır ki, Londondan olan 67 yaşlı Yanuş Ratz Böyük Britaniyada peyvənd olunan ilk şəxs olub. Ona may ayında diaqnoz qoyulub və qısa müddət sonra kimya və şüa müalicəsinə başlayıb.

Avqustun 20-də Yanuş Ratz Los-Ancelesdə Kaliforniya Universitetinin Milli Tibbi Araşdırmalar İnstitutunun Klinik Tədqiqatlar Mərkəzində 30 dəqiqə ərzində beş dəqiqəlik intervallarla, altı ardıcıl inyeksiya qəbul edib.

Son xəbərlər