Mojo.az Banner
16:58 İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi  |     16:53 Eldar Əzizov: Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır  |     16:48 5 gün yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     16:34 Dənizkənarı bulvarın uzunluğu 25 kilometrə çatdırılacaq  |     16:29 Eldar Əzizov Bakıdakı güclü yağışlardan DANIŞDI  |     16:19 Gələn həftə 5 gün iş olmayacaq  |     16:17 Maşınında silah tapılan "Dalğa Plaza"nın mühafizəçisi cəzalandırıldı  |     16:16 İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM  |     16:11 Azərbaycanda bu kanallar cəzalandırıldı  |     16:08 Aliment ödəməkdən yayınan valideynlərin sayı açıqlandı  |     16:03 Taliban yetkinlik yaşına çatmayanlarla bağlı nikahları qanuni sayan yeni qaydaları təsdiqləyib.  |     15:39 Pensiyaçılara ŞAD XƏBƏR: Tarix açıqlandı  |     15:20 İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər  |     15:18 Dünya bazarında neft ucuzlaşıb  |     15:06 Bakıdan Naxçıvana aviareyslər BƏRPA EDİLDİ  |     15:01 Bakıdan Tbilisiyə dəmiryolu vasitəsilə sərnişindaşımanın bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA  |     14:58 Azərbaycan nefti bahalaşdı  |     14:31 "Qiyamət radiosu" yeni mesaj verdi  |     14:26 Çingiz Mustafayevə yüksək vəzifə verildi  |     14:19 Avtomobil bazarında gözlənilən dəyişiklik: Yaz aylarında qiymətlər artacaq?  |    
Left Banner
Right Banner

Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq

23.08.2024 21:58 1 119
Heydər Əliyev Mərkəzinin parkında
Yay günlərinin son istirahət günü - avqustun 25-də Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" adlı bağlanış konserti olacaq.

Median.Az xəbər verir ki, paytaxt sakinləri və şəhərimizin qonaqları həmin gün saat 20:00-da parkda sevilən müğənnilərin ifasını dinləyib, gözəl yay axşamı keçirə biləcəklər.

Konsertin istənilən auditoriyanın marağını cəlb etməsi üçün zəngin proqram hazırlanıb. "Yay Festivalı"nda məşhur musiqi xadimlərimizin iştirakı ilə müxtəlif janrlarda mahnılar ifa olunacaq. Sevdiyimiz və hər zaman böyük həvəslə dinlədiyimiz bu ifalar duet, yaxud kollektiv şəklində səslənəcək. Yenilik isə ondan ibarətdir ki, əksər mahnılar belə interpretasiyada ilk dəfə təqdim olunacaq. Məqsəd isə musiqidə nəsillərin dialoqunu nümayiş etdirməkdir.

Konsertdə Almaxanım Əhmədli və Aygün Bəylərlə virtual duet, Almaz Ələsgərli və Elçin Cəfərov, Aygün Kazımova və Zamiq Hüseynov, Elnur Məmmədov və Günay İbrahimli, Ədalət Şükürov və Nigar Camal, Faiq Ağayev və Dilarə Kazımova, Xəyyam Nisanov və Aysel, Könül Xasıyeva və İlkin Əhmədov, Mələkxanım Eyyubova və Ramal İsrafilov, Mənsum İbrahimov və Elnarə Xəlilova, Murad Arif və Mərdan Kazımov, Mübariz Tağıyev və Cavidan Fatihi, Nazim Pişyari və Mehin Hümbətova, Nazpəri Dostəliyeva və İlkin Dövlətov, Nisə Qasımova və Abbas Bağırov, Niyaməddin Musayev və "Döngə" qrupu, PRoMete və Samirə AliMəryam, "Rast" qrupu və Jamal Hashım, Sevda Ələkbərzadə və "Nənələr" qrupu, Tünzalə Ağayeva və Nadir Rüstəmli duetləri, eləcə də Gülyaz və Gülyanaq Məmmədovalar və Kamilə Nəbiyeva, İlahə Rüstəmova, həmçinin Təyyar Bayramov, Rəvanə Əmiraslanlı, Mirəli Sarızadə, daha sonra isə Səbinə Babayeva, Sona Əzizova, Atilla Qərib, Atilla Məmmədov çıxış edəcəklər.
скачать dle 11.3
Mojo.az Banner