Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məşhur karqo şirkəti BAĞLANDI

23.08.2024 17:56 891
Azərbaycanda məşhur karqo şirkəti BAĞLANDI
Məhsulların xaricdən Azərbaycana daşınmasını həyata keçirən məşhur "Eyol" karqo şirkəti bağlanıb.

Median.Az
iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət heç bir səbəb açıqlamadan bir müddətdir fəaliyyətini dayandırıb.

Karqo şirkətinin paytaxtın Koroğlu Rəhimov küçəsində yerləşən əsas filialı da bağlanıb.

İstifadəçilərə Türkiyədə fəaliyyət göstərən "Eyol" anbarının bağlandığı və son reysin iyulun 5-də Bakıya çatdırıldığı barədə mesaj vasitəsilə bildiriş göndərilib.

Şirkət bildirişdə eyni zamanda iyulun 4-dən etibarən anbara daxil olan bağlamalar üçün heç bir məsuliyyət daşımadığını açıqlayıb.

"Eyol"dan çatdırılma gözləyən istifadəçilər isə bağlamalarının digər karqo şirkətlərinə yönləndirildiyini söyləyirlər.

Məlumat üçün bildirək ki, "Eyol"un rəsmi instagram və feysbuk hesabları da iyun ayının sonlarından etibarən fəaliyyətini dayandırıb, xeyli sayda istifadəçinin həm mesajları, həm də rəyləri cavabsız qalıb. Bununla yanaşı karqo şirkətinin əlaqə telefonları da işləmədiyindən bağlantı yaratmaq mümkün olmayıb.

Xatırladaq ki, "Eyol" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və direktoru Yusifli Tuqay Vüqar oğludur.

Son xəbərlər