Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

"Crocus City Hall"da terror aktı ilə bağlı daha bir şəxs təqsirini qismən etiraf etdi

23.08.2024 12:49 867
Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında törədilən terror aktı işi ilə bağlı daha bir şəxs - Məhəmməd Zoira Şaripzoda adlı kişi (terrorçuların və ekstremistlərin reyestrinə daxil edilib) günahını qismən etiraf edib.

Bu barədə "RIA Novosti" iş materiallarına istinadən məlumat verib.

Qeyd olunub ki, şübhəli şəxs irəli sürülən ittihamlarla qismən razılaşıb və istintaqla əməkdaşlığa hazırdır.

Tacikistanəsilli Şaripzoda terror aktı işi üzrə 12 müttəhimdən biridir. O, ən son saxlanılan ikinci şəxs olub. Həmçinin Yakubconi Yusufzoda və Nazrimad Lutfulloi də qismən təqsirli olduqlarını etiraf ediblər.

Xatırladaq ki, iyunun 2-də Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı 18 nəfərin həbs edildiyi bildirilib. Daha iki nəfərin isə ölkəni tərk etməsinə qadağa qoyulub. İstintaq tərəfindən terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, o cümlədən silah və partlayıcı vasitələrin qanunsuz dövriyyəsi maddələri üzrə bir neçə cinayət işi açılıb.скачать dle 11.3
Mojo.az Banner