Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:08 Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər? | 12:02 Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi | 11:58 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi - Foto | 11:56 Şəmkirdə "Mercedes" aşdı: Yaralılar var | 22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib |
Mojo.az Avto
Mojo.az Avto

Sabahdan seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsinə başlanılır

22.08.2024 17:10 969
Sabahdan seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsinə başlanılır
Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsinə başlanılır.

Bununla bağlı MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, görmə qabiliyyətində müəyyən problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib: "125 trafaret hazırlanıb və istisnasız bütün seçki məntəqələrinə çatdırılacaq".

Qeydn edək ki, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-dək başa çatdırılmalı idi. Proses yekunlaşdırılıb. Təqvim planına əsasən, seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi avqustun 27-dək yekunlaşdırılmalıdır.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Son xəbərlər