Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Aylardır itkin düşən Rasimin ailəsi şübhələndiyi şəxsin adını açıqladı: Dindirilməsi tələb edilir

20.08.2024 19:39 1 026
Aylardır itkin düşən Rasimin ailəsi şübhələndiyi şəxsin adını açıqladı: Dindirilməsi tələb edilir
Baş prokuror Kamran Əliyev növbəti dəfə 8 ay əvvəl itkin düşən 11 yaşlı Rasim Xankişiyevin nənəsini qəbul edib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün itkin azyaşlının nənəsi Zemfira Xankişiyeva hüquq müdafiəçisi Samir Zeynalovla birgə baş prokurorla görüşüb.

Kamran Əliyev artıq dördüncü dəfədir Rasimin yaxınlarını qəbul edib, istintaqın gedişi ilə bağlı məlumat verib. Budəfəki görüş Xətai Rayon Prokurorluğunda baş tutub.

K.Əliyev Z.Xankişiyevanı əmin edib ki, nəvəsinin işi ilə bağlı bütün zəruri işlər yerinə yetirilir. İstintaqın gedişi ilə bağlı ona mütəmadi məlumat verilir. Hazırda Rasimin Qarabağ kanalında batması ehtimalı ilə bağlı axtarış davam edir. Fövqəladə Hallar Nazirliyinin və SOCAR əməkdaşları tərəfindən kanalın axtarılmayan qollarına baxış keçirilir.

Sabah isə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Rasimin bütün ailə üzvlərini qəbul edəcək.

Ailənin nümayəndəsi Samir Zeynalov deyib ki, Rasimin itkin düşməsi ilə bağlı onların şübhələndiyi bir nəfər var. Ailə iki dəfə fərqli ifadə verən həmin şəxsin də dindirilməsini baş prokurordan xahiş edib.

Qeyd edək ki, hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Son xəbərlər