Mojo.az Banner
23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Banqladeşin keçmiş Baş nazirinə qarşı cinayət işi açılıb

13.08.2024 20:50 1 374
Banqladeşin keçmiş Baş nazirinə qarşı cinayət işi açılıb
Banqladeşin keçmiş Baş naziri Şeyx Həsinə və daha altı sabiq hökumət məmuruna qarşı cinayət işi açılıb.

Median.Az
"The Daily Star" nəşrinə istinadən xəbər verir ki, bu, hökumət dəyişikliyindən sonra ona qarşı açılmış ilk cinayət işidir.

Şeyx Həsinə və bir sıra hökumət rəsmiləri iyulun 16-da etiraz aksiyaları zamanı Məhəmmədpur şəhərində ərzaq mağazasının sahibi Əbu Səidin polis tərəfindən güllələnərək öldürülməsində əli olmaqda ittiham edilir.

Nəşrin daha əvvəl yaydığı məlumatda onun polisə təhlükə törətmədiyi, digər etirazçılardan aralıda dayandığı və heç kimə hücum etmədiyi bildirilib. Polis isə fərq qoymadan etirazçılara atəş açıb.

Şeyx Həsinə avqustun 5-də iğtişaşlar fonunda Dəkkədəki rəsmi iqamətgahını tərk edib. Daha sonra o, istefa verdiyini elan edərək Hindistanın Aqartala şəhərinə gedib. “Hindu” nəşri keçmiş Baş nazirin Böyük Britaniyadan sığınacaq istədiyini yazıb. 2006-cı ildə Nobel Sülh Mükafatı laureatı olmuş doktor Məhəmməd Yunus rəsmi olaraq Banqladeşin müvəqqəti hökumətinin başçısı təyin edilib. Avqustun 8-də onun və müvəqqəti hökumətin andiçmə mərasimi keçirilib.скачать dle 11.3
Mojo.az Banner