Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu |
Mojo.az Avto
Mojo.az Avto

Onların namizədliyi ləğv olundu

10.08.2024 18:06 1 044
Onların namizədliyi ləğv olundu
Mərkəzi Seçki Komissiyası 1 sentyabr tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərə namizədliyi irəli sürülmüş bir neçə nəfərin namizədliyinin qeydə alınmaması və ya sonradan ləğv edilməsinə dair dairə seçki komissiyalarının qərarından edilmiş şikayətlərə baxıb.

Median.Az
"qafqazinfo”ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının iclasında şikayətçilər özləri də iştirak edib.

Onlar dairə seçki komissiyasının qərarı ilə razılaşmadıqlarını bildiriblər. "Ümid” partiyasından namizədliyi irəli sürülmüş Elman Abbasov və Ramin Əliyev verilən qərarın qərəzli olduğunu deyib. "Müsavat” partiyasının üzvü Osman Kazımov isə əmlakı ilə bağlı təqdim etdiyi məlumatda baş vermiş texniki yanlışlıq səbəbindən namizədliyinin ləğv edildiyini deyib və namizədliyinin ləğv edilməsinə dair qərarın baş vermiş yanlışlığa adekvat olmadığını bildirib.
MSK sədri Məzahir Pənahov namizədliyi qeydə alınmamış şəxslərin şikayəti ilə bağlı iclas üzvlərinin səsverməsini keçirib və dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

Şikayətçilər arasına Xalq şairi Məmməd Arazın qardaşı oğlu, namizədliyini müstəqil şəkildə irəli sürmüş Qorxmaz İbrahimli də olub. MSK onun namizədliyinin qeydə alınmamasına dair dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb.

Son xəbərlər