Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda |
Mojo.az Avto
Mojo.az Avto

AYNA işğaldan azad edilmiş ərazilərdə marşrut xətlərini müsabiqəyə çıxarıb - FOTO

08.08.2024 18:05 975
AYNA işğaldan azad edilmiş ərazilərdə marşrut xətlərini müsabiqəyə çıxarıb - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Laçın, Bakı-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli, Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan şəhərlərarası və Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 6 sentyabr 2024-cü il saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Elsevər Qədimov - tel.: (050) 855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Xankəndi-Laçın, Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi) istiqamətlərində 5 Lot üzrə sentyabrın 24-də;

Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 4 Lot üzrə sentyabrın 27-də;

Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli və Xankəndi-Laçın istiqamətlərində 4 Lot üzrə oktyabrın 1-də;

Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutu, eləcə də Xocalı-Laçın və Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə oktyabrın 4-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.



Son xəbərlər