Mojo.az Banner
21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |     21:07 Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?  |     21:00 Bu klub ev oyunlarını Xankəndidə keçirəcək  |     20:54 Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?  |     20:47 Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır  |     20:42 Su polisi brakonyerlik edən şəxsi saxladı  |     20:34 Bakıda 31 kq narkotik aşkarlanıb - VİDEO  |     20:29 Bu məhsulların gömrük rüsumu artırıldı  |     20:23 Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb  |     20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |     19:43 Azərbaycanda nə qədər inflyasiya gözlənilir?  |     19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |     19:23 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər  |     19:17 Azərbaycanlı sahibkar Gürcüstanda faciəvi şəkildə öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

İşdən çıxarılan icra başçısı: "Yazdıqları əmlakları onlara bağışlamasam, kişi deyiləm"

08.08.2024 16:49 858
İşdən çıxarılan icra başçısı:
Vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb.

Bu barədə Manset.az-a açıqlamasında Tofiq İbrahimov özü məlumat verib.

O qeyd edib ki, bir neçə dəfə əməliyyat olunub:

"Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirəm. Türkiyədə əməliyyat olunmuşam, vəziyyətim çox pisdir. Hazırda müalicəm davam edir, nə olacağını bilmirəm".

Sabiq başçı bir sıra saytlarda yayılan, əmlaklarının varlığı iddia olunan siyahıya münasibət bildirib:

"Yazdıqları tamamilə yalan məlumatdır. Mənim o boyda əmlakım haradan ola bilər? İki min baş camışı otarmaq üçün nə boyda örüş sahəsi lazımdır. Mən əməliyyat olunanda uşaqlarım yanıma gəlmişdilər. Həmin vaxtı onlar hoteldə qaldılar. Mənim o boyda mülklərim varsa, övladlarım niyə hoteldə qalırdılar? Bu məlumatı neçə il öncə Sənan adlı jurnalist yazmışdı. İndi o həbsdədir. Götürüb illər əvvəl onun yazdığı yalan informasiyanı yenidən tirajlayırlar. Bunlar Allahdan qorxmurlar? Yazdıqları mülklərin mənə və ya yaxınlarıma məxsus olduğunu sübut etsinlər. O əmlakları onlara bağışlamasam, kişi deyiləm".скачать dle 11.3
Mojo.az Banner