Mojo.az Banner
19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə qalmaqallı hadisə: Bir imam digər imamın arvadını qaçırdı

07.08.2024 12:13 1 143
Türkiyədə qalmaqallı hadisə: Bir imam digər imamın arvadını qaçırdı
Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda qalmaqallı hadisə baş verib.

Məsciddə imam olaraq çalışan H.A.-nın evdar qadın olan arvadını başqa bir məscidin imamı Şanlıurfaya qaçırıb.

Bu barədə Median.Az "Sondakika.com"a istinadən məlumat verir.

Məlumata görə, hadisə bölgədə böyük əks-səda doğurub. Həmçinin qadının ailəsi qızlarını qaçıran imamın öldürülməsini istəyib.

"Qızımızı da, qaçıranı da güllələyəcəksən", - deyə qadının ailəsi onun əri olan imamdan tələb edib.

İşə bölgənin nüfuzlu şəxsləri qarışıblar və bundan sonra vəziyyət hələlik sakitləşib.

Lakin məhəllə muxtarı Zeynel Şeker arvadı qaçırılan imamın nüfuzuna xələl gəldiyini və qadının pis nümunə olduğunu, bu səbəbdən də onun bu məhəllədə işləməyə davam etməsinin məqbul olmadığını bildirib və vəzifəsindən getməsi üçün müftiliyə müraciət edəcəklərini deyib.

"İmam H.A.-nın məhəlləmizdə işləməyə davam etmək kimi bir ehtimalı yoxdur. O, yaxşı insan idi. Çox da sevirdik. İmamın arvadı məhəlləmizə pis nümunə oldu. İmamımız olduqca kədərlidir, öz kəndinə getdi, amma qayıtdı. Etibarı zədələnib. İmamın bir günahı yoxdur. Lakin biz müftiliyə müraciət edəcəyik ki, bizim məhəllədə işləməsin. Bu belə olmalıdır", - deyə muxtar qeyd edib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner