Mojo.az Banner
18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |     17:41 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb  |     17:28 Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var  |     17:16 MİDA 13 obyektini hərraca çıxarır  |     16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"da bu funksiya ləğv edildi - Avropa Birliyi qaydalarına tabe olacaq

06.08.2024 15:19 1 113
Avropa İttifaqı üzv ölkələrdə "TikTok"un mükafatlandırma proqramını ləğv etməyi öhdəsinə götürüb.

Bu barədə Avropa İttifaqı (Aİ) Komissiyası tərəfindən rəsmi açıqlama verilib.

Açıqlamada 22 apreldə AB-nin TikTok-a qarşı başlatdığı hüquqi prosesdə Komissiyanın ifadə etdiyi narahatlıqların aradan qaldırılması üçün öhdəlik götürüldüyü bildirilib.

Bildirilib ki, mükafatlandırmanı ləğv etmək və bir daha analoji təcrübənin həyata keçirilməməsi hüquqi cəhətdən məcburidir.

Bu öhdəliklərin pozulmasının qaydalara zidd olacağı və cərimə ilə nəticələnəcəyi qeyd edilib.

Aİ bu təcrübənin uşaqlara və istifadəçilərin psixi sağlamlığına ciddi təsir göstərəcəyini ehtimal edir.

Qeyd edək ki, ötən il qüvvəyə minən Aİ qanunu "TikTok" kimi əsas rəqəmsal platformalarda sərt qaydalar tətbiq edir.

Aİ qaydaları pozan rəqəmsal platformalara yüksək cərimələr tətbiq edə bilər.

Təkrar pozuntular halında, bu rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.
//azxeber.comскачать dle 11.3
Mojo.az Banner