Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bu rayonun İcra Hakimiyyəti ciddi tənqid olundu

06.08.2024 12:48 906
Bakıda bu rayonun İcra Hakimiyyəti ciddi tənqid olundu
Son vaxtlarda paytaxtda sanitar-təmizlik məsələlərinin vəziyyəti ilə bağlı ən problemli ərazilərdən biri Binəqədi rayonudur.

Rayonda santar-təmizlik məsələləri istiqamətində problemlərin aradan qaldırılması və Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə rayonun qoşulması ilə bağlı Binəqədi RİH-də Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda 5 il ərzində həyata keçirilən layihə barədə danışaraq bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası möhkəmlənib. Vurğulandı ki, cənab Prezidentin həyata keçirdiyi siyasət sayəsində əhalinin həyat səviyyəsi artıb və bununla əlaqədar insanlar öz şəhərlərinə daha çox qayğı ilə yanaşırlar. Nəticədə bu gün Bakı şəhərinin təmizlıyi göz oxşayır.

Qeyd edilib ki, hazırda Binəqədi rayonunda RİH başçısı tərəfindən həyata keçirilən abadlıq və təmizliklə bağlı müsbət işlər, pozitiv dəyişikliklər müşahidə edilsə də, ümumilikdə sanitar-təmizlik məsələləri hələ də aşağı səviyyədə qalmaqdadır. Bununla əlaqədar rayon rəhbərliyi və kommunal xidmətlərin işi ciddi tənqid olunub. Rayonda müşahidə olunan problemləri nəzərə alaraq bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin Binəqədi rayonu ərazisində keçirilməsi qərara alınıb.

Müşavirədə rayonun qəsəbə və İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin hesabatları dinlənilib, onlara ciddi xəbərdarlıq edilib və cavabdeh ərazidə problemlərin aradan qaldırılması ilə bağlı konkret vaxt verilib.

Qeyd edilib ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib və bu layihə paytaxtın 8 rayonunda davam etdirilir. Yaxın günlərdə sözügedən layihənin icrasına Binəqədi rayonundada start veriləcək. Binəqədi rayonunda maarifləndirmə işlərində digər rayonlarda olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edəcəklər.скачать dle 11.3
Mojo.az Banner