Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Zelenski Ukrayna vətəndaşlarının Livandan təxliyə edildiyini açıqlayıb

03.08.2024 22:09 747
Zelenski Ukrayna vətəndaşlarının Livandan təxliyə edildiyini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Livanın təhlükəli ərazilərindən 30 ukraynalının təxliyə edildiyini açıqlayıb.

Median.Az
xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

“Hazırda dövlətimiz Yaxın Şərqdə Livanın təhlükəli bölgələrindən təxliyə işləri aparır. Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər Nazirliyi 30 vətəndaşımızın çıxarılmasını təşkil edib, bunlar uşaqlı qadınlardır və hazırda təhlükəsiz yerdədirlər. Biz bu işi davam etdirəcəyik. Dünyanın bir yerində xalqımıza kömək etmək, onları evə gətirmək üçün nə vaxt ehtiyac olarsa, biz bunu edirik və edəcəyik”, – ölkə lideri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar Livanı tərk etmək istəyən imkansız vətəndaşlarını biletlə təmin etməyə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, son bir neçə gündə İsrail ilə Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı qarşılıqlı hücumlar olub. Belə ki, iyulun 27-də axşam saatlarında İsrailin nəzarətində olan Colan təpələrinin atəşə tutulması nəticəsində 12 nəfər – 10-16 yaş arası yeniyetmələr həlak olub. İsrail rəsmiləri hücumda “Hizbullah”ı suçlayıb və qrupun “bütün qırmızı xətləri keçdiyini” vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner