Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının bu ərazisində söküntü başlayır?

03.08.2024 18:50 687
Bakının bu ərazisində söküntü başlayır?
Bakının 2-ci Alatava adlanan ərazisində söküntü işləri aparıla bilər. Bu ərazi, şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir.

Xırdalan dairəsindən üzü 20 yanvar metro stansiyasına tərəf və əks istiqamətdə daim fasiləsiz-ağır tıxacın olması bu yola alternativ köməkçi yolların çəkilməsi və yol qovşaqlarının tikintisi ilə bağlı bağlı prosesə start verilməsini prioritetə çevirib. Hazırda təhsil ocaqlarının bağlı olmasına, əhalinin böyük əksəriyyətinin istirahətə getməsinə baxmayaraq bu yolda tıxac səngimir. Yeni çəkiləcək yollar, tikilməli olan yol ötürücülərın bir hissəsi 2-ci alatava qəsəbəsi ərazisindən keçəcək. Bu yolda tıxacın azaldılması və nəqliyyatın intensiv hərəkətinin artırılması ilə bağlı aidiyyəti qurumlara verilən tapşırıqların icrası isə yeni yol qovşaqlarının tikilməsi və köməkçi yolların çəkilməsi ilə mümkün olacaq.

2-ci Alatava qəsəbəsində nə baş verir? Əhali ərazidə ölçüb-biçən dövlət nümayəndələri ilə qarşılaşır. Əllərinə müəyyən sputnikdən çəkilən fotolar keçir. Bir də gəzən söz-söhbət. Reallıq nə yerdədir?

News24.az-ın əldə etdiyi məlumata görə, bu plana uyğun olaraq ərazidə müasir infrastruktur və yeni yaşayış binalarının tikilməsi planlaşdırılır.

Ərazidə yaşayan sakinlər və mülkiyyət sahibləri söküntü işlərinin həyata keçirilməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar kompensasiya məsələləri və yeni yaşayış yerlərinin təminatı ilə bağlı məlumatların dəqiq olmamasından narazıdırlar.

Rəsmi qurumlar hələlik ərazinin tam şəkildə sökülməsi ilə bağlı qərar qəbul etməyiblər. Ancaq gələcəkdə bu ərazinin inkişaf planları çərçivəsində yenidən qurulması gözlənilir.скачать dle 11.3
Mojo.az Banner