Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada düşərgədə 30-dan çox uşaq zəhərlənib

03.08.2024 18:36 1 437
Rusiyada düşərgədə 30-dan çox uşaq zəhərlənib
Rusiya Federasiyasının Kalininqrad vilayətinin Svetloqorsk şəhərində yerləşən uşaq düşərgəsində 32 uşaq bağırsaq infeksiyasına yoluxub.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, “Rospotrebnadzor”un regional idarəsi faktla bağlı epidemioloji araşdırmaya və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsinə başlayıb.

Məlumata görə, ümumilikdə 32 uşaqda zəhərlənmə əlamətləri qeydə alınıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Son xəbərlər