Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail HƏMAS-ın növbəti yüksəkvəzifəli şəxsini qətlə yetirdi - VİDEO

03.08.2024 17:12 1 713
İsrail HƏMAS-ın növbəti yüksəkvəzifəli şəxsini qətlə yetirdi - VİDEO
İsrail ordusu HƏMAS-ın daha bir yüksəkvəzifəli şəxsini qətlə yetirib.

Bu barədə oxu.az "CNN Türk"ə istinadən bildirir.

Məlumata görə, HƏMAS-ın Nablus lideri işğal altındakı İordan çayının qərb sahilindəki hücumda öldürülüb.

İsrail qüvvələrinin İordan çayının qərb sahilində Tulkərimə hava hücumu zamanı hərəkətdə olan avtomobil hədəf alınıb və nəticədə avtomobildəki 5 nəfər həyatını itirib.

İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında bildirildiyinə görə, avtomobildə olan 5 nəfər terror aktı törətmək üçün yola çıxıblarmış.

Ölənlər arasında HƏMAS-ın Nablus bölgəsinin lideri Haitham Balidi də olub. HƏMAS Balidinin ölümünü təsdiqləyib.

Tulkərimdəki qruplar hücumdan sonra ümumi tətil və matəm elan ediblər.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri həmçinin Livanın cənubundakı Bazuriya bölgəsində "Hizbullah"ın Cənub cəbhəsinin terrorçusu Əli Nazih Abed Əlini zərərsizləşdirib.

"Abed Əli Cənub cəbhəsinin terror fəaliyyətlərində iştirak edib, müxtəlif terror fəaliyyətlərini planlaşdırıb və həyata keçirib. Onun məhv edilməsi Cənub cəbhəsinin və "Hizbullah" terror təşkilatının bölgədəki imkanlarına ciddi zərbədir", - deyə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalındakı paylaşımda bildirilib.скачать dle 11.3
Mojo.az Banner