Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ 2025-ci ildə hərbi arsenalına süni intellektli bir neçə min PUA daxil edəcək

02.08.2024 19:11 1 485
ABŞ 2025-ci ildə hərbi arsenalına süni intellektli bir neçə min PUA daxil edəcək
ABŞ Silahlı Qüvvələri 2025-ci ilin avqust ayına qədər süni intellekt funksiyalarına malik bir neçə min pilotsuz uçuş aparatı (PUA) və amfibiya aparatlarından istifadə edəcək.

Bunu ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Yaponiyanın "Sankei" nəşrinə müsahibəsində deyib.

"Bunlar ucuz sistemlərdir və insanların müharibə təhlükəsinə daha az məruz qalmasına imkan verir. Süni intellekt bu dronların zəif kommunikasiya şəraitində müstəqil fəaliyyətinə şərait yaradacaq”, - o bildirib.

Nazir müavini belə dronların silahlanmaya qəbul edilməsinin Çinə qarşı tədbir olduğunu vurğulayıb: "Çinlə strateji rəqabət dövründə texnoloji yeniliklərə fərqli yanaşmalıyıq”.

Hiksin sözlərinə görə, əməliyyatlarda pilotsuz sistemlərdən istifadə yalnız birinci mərhələdir və bundan sonra süni intellekt funksiyalarına malik hərbi qurğuların yerləşdirilməsinin ikinci dalğası gələcək.скачать dle 11.3
Mojo.az Banner