Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

30 ildən sonra nəşi tapılan şəhid Camal Quliyev Laçında dəfn edilib - VİDEO

02.08.2024 16:41 981
30 ildən sonra nəşi tapılan şəhid Camal Quliyev Laçında dəfn edilib - VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları Laçın rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

APA-nın bölgə müxbiri xəbər verir ki, şəhid Camal Quliyevin nəşi dəfndən öncə doğmalarının yaşadığı, Şəki rayon Cuma kəndinə aparılıb.

Bundan sonra cənazə vida mərasimi keçirilmək və dəfn edilmək üçün Laçın rayonuna gətirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidin nəşi yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Quluyev Camal Möhübbət oğlu 1iyun 1969-cu ildə Laçında doğulub. O, 1992-ci ildə könüllü olaraq ordu sıralarına qatılıb. Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ildə Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb. Qalıqları Xudafərin kənd qəbiristanlığında aşkar edilib.скачать dle 11.3
Mojo.az Banner