Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İsrail ordusu Qəzzada Fələstin radikal hərəkat liderinin məhv edildiyini açıqladı

02.08.2024 15:58 1 422
İsrail ordusu Qəzzada Fələstin radikal hərəkat liderinin məhv edildiyini açıqladı
İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal "İslami Cihad" hərəkatının liderlərindən biri olan Məhəmməd əl-Cəbarini zərərsizləşdirib.

Median.Az
-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, söhbət "İslami Cihad" rəhbərinin silah istehsalı məsələləri üzrə müavinindən gedir.

"Əl-Cəbari Qəzza zolağının şimalında "İslami Cihad"ın silah istehsalı infrastrukturunun maliyyələşdirilməsinə, maaşların və vəsaitlərin bölüşdürülməsinə cavabdeh idi və "İslami Cihad"ın raket istehsalı üçün güc və infrastrukturunun bərpası işlərində iştirak edirdi", - deyə məlumatda qeyd edilib.

"Əl-Cəbari əldə edilən kəşfiyyat məlumatları əsasında həyata keçirilən məqsədyönlü əməliyyat nəticəsində məhv edilib. Zərbədən əvvəl mülki insanlara zərərvurma riskinin azaldılması üçün çox sayda tədbir görülüb", - deyə İsrail ordusundan bildirilib.

Son xəbərlər