Mojo.az Banner
17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezidenti İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər

01.08.2024 22:07 2 844
Prezidenti İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər
Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.

Median.Az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.

Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner