Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Motodrom"da gənc oğlanı öldürən şəxsə hökm oxundu - FOTO

31.07.2024 13:36 1 023
Ötən il noyabrın 13-nə keçən gecə Binəqədinin "Motodrom" adlanan yaşayış massivində Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü İzmir Savadovun qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, hadisəni törədən 1995-ci il təvəllüdlü Həsənağa Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə məlum olub ki, İzmir daimi olaraq Gəncədə yaşasa da, Bakıya tez-tez gəlib-gedirmiş. Hadisəni törədən Həsənağa isə taksi sürücüsü kimi işləsə də, narkotik vasitə aludəçisi olub.

Hadisə günü İzmir bir neçə dostu ilə birgə "Toyota Prius" markalı avtomobillə "Motodrom" adlanan yaşayış massivinə narkotik vasitə almağa gedib. Bu zaman Həsənağa da "Azsamand" markalı avtomobili ilə yaşadığı həmin yerə gəlib. O, şübhəli avtomobil hesab etdiyi "Toyota Prius"u izləməyə başlayıb və ardınca bir neçə dövrə vurub. Bundan sonra İzmir avtomobildən düşüb və Həsənağa onun yanından keçərkən mübahisə baş verib.

Mübahisə dərhal münaqişəyə çevrilib və Həsənağa qəfil bıçaq çıxararaq İzmirə ağır zərbələr endirib. 24 yaşlı İ.Savadov aldığı xəsarətlərdən vəfat edib.

Məhkəmənin hökmü ilə Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum olunub.




скачать dle 11.3
Mojo.az Banner