Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Arıqlama zamanı kalori saymağın fəsadları

31.07.2024 12:12 1 425
Arıqlama zamanı kalori saymağın fəsadları
"Arıqlamaq istəyərkən kalori saymaq çox vaxt nevrozlara və daimi olaraq pəhrizin pozulmasına gətirib çıxarıb".

Median.Az
"RIA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq və diyetoloq Nuriya Dianova deyib.

Mütəxəssis bildirib ki, düzgün və sağlam arıqlama məhsulların seçimində seçiciliyə və onların qida rasionunda düzgün kombinasiyasına əsaslanmalıdır. Diyetoloq qeyd edib ki, kalori hesablanmasına əsaslanaraq normanı saxlamağa çalışaraq, insan istədiyi hər şeyi yeyir. Həkimin fikrincə, bu yanaşma pozulmalara, psixoloji problemlərə və "yo-yo" effektinin (gedib-gələn) yaranmasına gətirib çıxarır - gün ərzində insan demək olar ki, heç nə yemir və axşam aclığını yatırmaq üçün çoxlu yeyir.

Həkim qeyd edib ki, lazımi maddələrin çatışmazlığı və məhdudiyyətlər səbəbindən diyet pozulur. Onun sözlərinə görə, gündəlik kalori normasını tamamlamaq üçün bir çox insan rasionunu yanlış təşkil edir.

"Məsələn, insan səhər yeməyində çoxlu yağlar, şirniyyatlar və sürətli karbohidratlar yeyir və günün qalan hissəsinə 300 kalori qalır. Gün ərzində o, yalnız tərəvəz yeyir və su içir - gec-tez bu, pozulmaya səbəb olacaq", - "RIA Novosti" mütəxəssisdən sitat gətirib.

Dianova qida rasionunu təşkil edərkən "boşqab qaydasından" istifadə etməyi məsləhət görüb. Bu üsula görə, boşqabın yarısı tərəvəzlərdən, dörddə biri - zülallı qidalarından və eyni miqdarda - kompleks karbohidratlardan ibarətdir. Həmçinin o qeyd edib ki, boşqabın kiçik bir hissəsi meyvə və giləmeyvələrə ayrılmalıdır.скачать dle 11.3

Son xəbərlər