Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda əri tərəfindən döyülən üç uşaq anası evdən qaçdı

30.07.2024 13:14 900
Bakıda əri tərəfindən döyülən üç uşaq anası evdən qaçdı
Bakının Nəsimi rayonunda 1976-cı il təvəllüdlü Rasim qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Arzuya (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rasim yaşadıqları evdə həyat yoldaşı Arzu ilə qısqanclıq zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Arzunun baş və bədən nahiyələrindən qəsdən əl və ayaq zərbələri vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Rasimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır: "Həyat yoldaşım Arzu ilə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşam. Birgə nikahımızdan üç övladımız dünyaya gəlib. Arzu ilə aramızda əvvəllər də müxtəlif səbəblərlə söz-söhbətlərimiz, mübahisələrimiz baş verib".

Təqsirləndirilən şəxs qeyd edib ki, son vaxtlar bu mübahisələr çox olduğu üçün həyat yoldaşı boşanmaq qərarına gəlib və bununla bağlı Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib: "Boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, uşaqlarına görə birlikdə yaşamağa davam etmişik. Hadisə günü, səhər saat 09:00-da qızımı məktəbə qoyub yaşadığımız mənzilə qayıtdıqdan sonra Arzunun özünə məxsus mobil telefonla videozənglə kiminləsə söyüşlə zarafat edərək danışdığını gördüm. Onun bu hərəkətini özümə qarşı saymazyana davranış qəbul edərək əsəb keçirdim. Ona yaxınlaşaraq əlindəki telefonu aldım və kənara atdım. Telefonda danışdığı şəxsin kim olması ilə maraqlandım. Arzu aqressiv və kobud cavablar verdi. Mənim və valideynlərimin ünvanına nalayiq ifadələr işlədərək təhqir etdi".

Rasimin ifadəsinə görə, bu zaman o, həyat yoldaşının saçından tutaraq yerə yıxıb və bir qədər sürüyüb: "Üzündən və başından əl zərbələri, bədənin müxtəlif yerlərindən isə ayaq zərbələri vurdum. Bundan sonra həyat yoldaşım yaşadığımız ünvandan qaçdı. Mən isə onun arxası ilə getmədim. Sonra o qayıtdıqda məsələni aydınlaşdırmağı gözlədim. Baş vermiş hadisədən bir neçə saat sonra mənə məxsus mobil nömrəyə polis əməkdaşı zəng edərək həyat yoldaşımın məndən şikayətçi olduğunu, bununla bağlı izahatımın alınması üçün məni 19-cu polis şöbəsinə dəvət etdiyini bildirdi".

İş üzrə zərərçəkmiş Arzunun sözlərinə görə, hadisə günü, səhər saat 09:00-da yaşadığı ünvanda özünə məxsus mobil telefonla işlə əlaqədar olaraq tanışı ilə videozənglə danışan zaman Rasim evə gəlib: "Heç nə demədən mənə yaxınlaşdı. Əlimdəki telefonu alıb kənara atdı. Rasimə nə olduğunu və nə üçün belə etdiyi soruşdum. Rasim isə məni xəyanət etməkdə, başqası ilə danışmaqda günahlandıraraq saçımdan tutdu, məni yerə yıxaraq sürüdü. Bundan sonra üzümdən və başımdan əl zərbələri, bədənimin müxtəlif yerlərindən isə ayaq zərbələri vurdu. Onun əlindən çıxdıqdan sonra evi tərk etdim. Hadisə barədə "102" xidmətinə məlumat verdim".

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Rasimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.скачать dle 11.3
Mojo.az Banner