Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Məişət zorakılığından zərər çəkənlərin NƏZƏRİNƏ - Baş nazir QƏRAR İMZALADI

25.07.2024 13:15 1 074
Məişət zorakılığından zərər çəkənlərin NƏZƏRİNƏ - Baş nazir QƏRAR İMZALADI
Məişət zorakılığından zərərçəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydasına uyğun olaraq hüquqi yardım insanın şərəf və ləyaqətinə hörmət, ayrı-seçkiliyə yol verilməməsi, operativlik, keyfiyyətlilik, effektivlik, qərəzsizlik, konfidensiallıq, dövlət orqanlarının, qeyri-dövlət qurumlarının və hüquqi yardım göstərən qurumların qarşılıqlı əməkdaşlığı və hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipləri əsasında həyata keçirilir.

Qayda üzrə hüquqi yardımın növləri aşağıdakılardır:

- sənədlərin əldə edilməsinə kömək göstərilməsi,

- zərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi,

- zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi,

- ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi.

Sosial hüquqi xidmətlər göstərilərkən dövlət büdcəsinin vəsaiti hesabına vəkil tərəfindən yardımının həyata keçirilməsinə ehtiyacın olması müəyyən edildikdə, zərər çəkmiş şəxslərə aidiyyəti üzrə cinayət prosesini həyata keçirən orqana və ya məhkəməyə müraciət edilməsi üçün köməklik göstərilir.

Hüquqi yardım göstərilməsi üçün müraciət sosial hüquqi xidmət göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumuna, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin müvafiq "DOST" mərkəzinə və ya Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, cinayət işləri üzrə icraat zamanı cinayət prosesini həyata keçirən orqana, mülki, inzibati mübahisələrə dair və ya inzibati xətalara dair işlər üzrə vəkilə və ya məhkəməyə edilir.

Qaydalar "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 33 nömrəli Fərmanının icrası məqsədilə təsdiq edilib.

Son xəbərlər