Mojo.az Banner
12:50 Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib. AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistanın bir sıra "Telegram” kanallarında məlumat yayılıb.  |     11:48 Köçəryan ölkədən qaçmaq istədi  |     11:47 Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI  |     11:47 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     11:45 Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı  |     11:44 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:43 Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur  |     11:41 Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     11:36 Oğuzda AĞIR QƏZA: Bir ailə xəstəxanalıq oldu  |     11:34 Mundialda ilk turun növbəti matçları: İspaniya və Belçika döyüşə atılırlar  |     11:32 Vergi ödəyicilərinin DİQQƏTİNƏ: Şikayət edərkən hansı səhvlərə yol verilir? - Video  |     11:25 Azərbaycanda çıxarışlı torpaqlara maraq artıb - Video  |     11:24 Şüvəlanda it iki nəfərə hücum etdi - VİDEO  |     11:20 Azərbaycan seysmik cəhətdən nə qədər təhlükəlidir?  |     22:58 Gilas hansı xəstəliklərdən qoruyur?  |     22:50 64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlandı  |     22:48 Mourinyo onları "Real"da görmək istəmir  |     22:44 Polşanın axtarışa verdiyi azərbaycanlı həbs olundu  |     22:36 Seçkilərin yekun nəticələri sabah açıqlanacaq  |     22:29 2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular  |    
Left Banner
Right Banner

Bakıdakı separatçılar ailələri ilə əlaqə yaratdılar

22.07.2024 12:41 1 260
Bakıdakı separatçılar ailələri ilə əlaqə yaratdılar
İyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Bildirib ki, mandatına uyğun olaraq, BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağın erməni separatçılarının "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, "xarici işlər naziri" olmuş David Babayan, eləcə də "parlament sədri" olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və "dövlət naziri" olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətiriblər.скачать dle 11.3
Mojo.az Banner