Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev Şuşada II Qlobal Media Forumunda çıxış edir - VİDEO

20.07.2024 16:45 1 542
Prezident İlham Əliyev Şuşada II Qlobal Media Forumunda çıxış edir - VİDEO
İyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edir.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, üç beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.

Xatırladaq ki, "4-cü Sənaye inqilabı dövründə yeni media" mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.скачать dle 11.3
Mojo.az Banner