Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda reabilitasiya mərkəzində İNSİDENT - DİN hərəkətə keçdi

18.07.2024 12:34 1 605
Azərbaycanda reabilitasiya mərkəzində İNSİDENT - DİN hərəkətə keçdi
Daxili İşlər Nazirliyinin (DİN) Abşeron rayonu ərazisində vətəndaşın müalicə aldığı reabilitasiya mərkəzində işgəncəyə məruz qalması və müraciətinin araşdırılmadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Anar Qafarov APA-ya bildirib ki, Elvin Eyvazov Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cari ilin aprel-iyun aylarında Novxanı qəsəbəsində yerləşən "Start" reabilitasiya mərkəzində alkoqolizmdən müalicə aldığı müddətdə mərkəzin əməkdaşları Emin və Orxan adlı şəxslərin ona fiziki və psixi təsir göstərdiyini, həmçinin orada müalicə alan Şamil adlı şəxsin isə onun sifət və qol nahiyəsindən yumruq zərbələri ilə vuraraq xəsarət yetirdiyini bildirib.

Araşdırma zamanı mərkəzin təsisçiləri, eləcə də adları çəkilən əməkdaşları Emin Əliyev və Orxan Şirinovun izahatları alınıb. Onlar müalicə müddətində E.Eyvazova psixi və fiziki zor tətbiq etmədiklərini bildiriblər.

Reabilitasiya mərkəzində müalicə alan Şamil İbrahimov isə izahatında həmin gün E.Eyvazovun aqressiv hərəkətlər etməsi səbəbindən ona irad bildirdiyini və qolundan tutaraq masaya əyləşdirdiyini qeyd edib. Məhkəmə-tibbi ekspertizası zamanı E.Eyvazovun üzərində dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlər aşkar olunub və bu barədə rəy verilib.

Araşdırmaların yekunu olaraq 17 iyun 2024-cü il tarixində "Start" reabilitasiya mərkəzində Ş.İbrahimovun orada müalicə alan E.Eyvazovun sifət və qol nahiyələrinə xəsarət yetirməsi nəticəsində sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyi sübuta yetirilib. Ş.İbrahimovun hərəkətində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb.скачать dle 11.3
Mojo.az Banner