Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda DƏHŞƏT: Dalaşdığı qohumunu vurub üstündən avtomobillə keçdi - FOTO

18.07.2024 12:23 2 685
Azərbaycanda DƏHŞƏT: Dalaşdığı qohumunu vurub üstündən avtomobillə keçdi - FOTO
Goranboyda kişi avtomobili ilə 40 yaşlı qohumunun üstündən keçib.

Hadisə rayonun Veyisli kəndi ərazisində baş verib.

Belə ki, Tarzan Şamilov rayonda "Kürd Amo" kimi tanınan, 1984-cü il təvəllüdlü Əhməd Ərəbovu şəxsi münasibətlər zəminində mübahisəyə görə avtomobili ilə vurub, daha sonra onun üstündən keçib.

Ə.Ərəbov ölüb, T.Şamilov isə hadisə yerindən qaçıb.

Əldə etdiyimiz məlumata görə, T.Şamilovla Ə.Ərəbov arasında mübahisə torpağa görə olub. Hadisədən bir müddət əvvəl tərəflər kənddə dava ediblər.

Qeyd edək ki, Ə.Ərəbovun məhkumluğu olub. O, narkotiklərin qanunsuz dövriyyəsi maddəsi ilə üç il müddətində həbs həyatı yaşayıb.

Hadisə günü T.Şamilov öz avtomobili ilə əvvəlcə Ə.Ərəbovun maşınını arxadan vurub. Ə.Ərəbov avtomobilindən enəndə isə T.Şamilov onu maşını ilə vurub və üstündən keçib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov oxu.az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T.Şamilov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fotoda Əhməd Ərəbov

Son xəbərlər