Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Klaarı Qrono əvəzlədi: Bakıya gəlişi nəticəsiz olacaq

17.07.2024 22:45 1 086
Klaarı Qrono əvəzlədi: Bakıya gəlişi nəticəsiz olacaq
Avropa Birliyinin Siyasi və Təhlükəsizlik Komitəsi AB-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləyib. O, bu vəzifədə Toivo Klaarı əvəz edəcək.

Median.Az
axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Maqdalena Qrono Çexiyadandır:

"Mqadalena Qrono AB Şurasının Prezidenti Şarl Mişelin baş müşaviri vəzifəsində çalışıb. Toivo Klaar Şarl Mişelin tapşırıqlarını yerinə yetirir, Bakı ilə İrəvana səfərləri sırasında Brüsselin təkliflərini çatdırırdı. Onun açıqlamaları bəzən ziddiyətli olurdu. Ədalət naminə demək lazımdır ki, Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün çox çalışdı, ancaq onun planlarını Fransa Prezidenti Emmanuel Makron pozdu. Makron "mən də masada oturmalıyam" deməsəydi, Şarl Mişelin Bakı ilə İrəvan arasında moderatorluğa davam edəcəkdi. Rəsmi Bakı Makronun iştirakıyla Brüsselin moderatorluğunu qəbul etmədi. Bununla Brüssel Berlinin və Vaşinqtonun arxasında qaldı, indi əsas moderatorlar bu iki dövlətdir. Odur ki, Fransa masadan çəkilmədiyi müddətdə Maqdalena Qrononun Bakı və İrəvana səfərləri nəticə verməyəcək".скачать dle 11.3
Mojo.az Banner