Mojo.az Banner
13:22 60 mindən çox köçkünün müavinəti KƏSİLİB  |     13:21 Fransaya casusluqda ittiham olunan Martin Ryana və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədliyə hökm oxunub  |     13:20 Sabah 17 dərəcə isti olacaq  |     13:19 Bayram namazının vaxtı və fitrə zəkatının məbləği AÇIQLANDI  |     13:16 Gürcüstanda bəzi azərbaycanlıların əmlakı məcburi qaydada müsadirə olunacaq  |     13:10 Qəbul imtahanlarının tarixi AÇIQLANDI  |     13:05 Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI  |     12:55 Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO  |     12:49 Rektorun qızına qarşı dələduzluq edən şəxs azadlığa buraxıldı  |     12:44 Ağdərədə partlayışlar olacaq - MN-dən XƏBƏRDARLIQ  |     12:42 Bəhreyn və Küveytin hava məkanı daha 12 saat bağlı olacaq  |     12:39 "Windows 11" üçün vacib dəyişiklik: "Microsoft" yeni qərar verdi  |     12:35 İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər  |     12:34 Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında 16 medal qazanıblar  |     12:32 Hövsanda təhlükəli yol: Nişanların olmaması sürücüləri riskə atır - Video  |     12:22 Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:15 Tramp: "İran razılaşma əldə etməyə çalışır"  |     12:10 Xəzərdə zəlzələ olub  |     12:08 Bayramda bölgələrə qatarla getmək istəyənlərə ŞAD XƏBƏR  |     12:04 Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR  |    
Left Banner
Right Banner

"Gedişhaqqı 25-35 qəpiyədək düşə bilər" - İctimai nəqliyyatla bağlı yeni layihə...

17.07.2024 13:07 1 104
İctimai nəqliyyatda gedişhaqqının artırıldığı, keyfiyyətin isə hər keçən gün gerilədiyi bir vaxtda nəqliyyatla bağlı "Brutto müqavilələr"in zəruriliyi gündəmə gəlib. Bu barədə ötən yazımızda da bildirmişdik.

Adıçəkilən müqavilə və onun şərtləri, gətirəcəyi yeniliklər və nə kimi problemləri aradan qaldıracağı ilə əlaqədar nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına müsahibə verib.

"Brutto müqavilələr bir çox problemi aradan qaldıracaq. Misal, tez-tez səsləndirilən güzəşt məsələsi var. Onu da həll etmək olar. Bir neçə nəqliyyat vasitəsi dəyişən vətəndaşlar üçün bu, çox vacibdir. Pirallahıdan, Ələtdən, yaxud Sumqayıt kimi uzaq məntəqələrdən gələnlərin xərcləri çox böyükdür. Bu xərcləri azaltmaq üçün biznes modeli dəyişilməlidir. Beləliklə, hər km-ə görə daşıyıcıya subsidiya olunsun və tələblər də daha sərt olsun.

Ötən il belə bir önəmli qərar qəbul olundu ki, indiyədək sərnişin və yükdaşıma üçün gərəkli lisenziya 1 illik verilirdisə, bundan sonra 7 illik verilir. Amma bunun ardı gəlməlidir. O da bax, indi gəlir. Yaxın həftələrdə, yaxud bu ay ərzində də ola bilər. Burada tam dəqiq vaxt deyə bilmirəm, amma qeyd etdiyimiz məsələ gündəmdədir. Həmin qərarın da bu yaxınlarda təşkili gözlənilir. Beləliklə, bu qərar - brutto müqavilələrə keçid bir çox məsələləri həll edəcək.

Günümüzdə Polşaya gedən sürücülər var. Buna səbəb nədir? Çünki orada daha yüksək əməkhaqqı verilir. Bu gün verilən əməkhaqqı stresli bir iş olan ictimai nəqliyyat idarəediciliyi üçün qənaətbəxş deyil".

Ekspert qeyd edib ki, avtobus sürücülərinin aldığı 900-1000 manat əməkhaqqı onların zəhmət haqqını tam ödəmir. Bu da birbaşa xidmətin keyfiyyətinə öz mənfi təsirini göstərir:

"Sürücü olmaq üçün peşəkarlıq lazımdır, 23-65 yaş aralığı və minimum 3 illik təcrübə olmalıdır. Bir də ən önəmlisi, əməkhaqqı işinə uyğun olmalıdır. Günümüzdəki 900-1000 manat əməkhaqqı onu ödəmir. Buna görə də ciddi qıtlıq var. Bu da birbaşa xidmətin keyfiyyətinə təsir edir. Həmin sürücünün əməkhaqqının artırılması üçün biznes modeli dəyişilməlidir. Dövlət subsidiya etməlidir ki, bu hesaba əməkhaqqı ala bilsinlər. Həmçinin, uzaq məntəqələrdən gələnlər üçün güzəşt tətbiq edə bilsinlər".

Ekspertin sözlərinə görə, brutto müqavilələrin tətbiqindən sonra ümumi gedişhaqqı yarıyadək düşə bilər:

"Müəyyən vaxt aralığında - 60, 90 dəqiqəlik vaxt limitində keçidlərin pulsuz olması barədə nəzərdə tutulan güzəştlər tətbiq olunarsa, hansı ki, brutto müqavilələrdə bu cür həllər mövcuddur. Bu zaman qiymət yarı-yarıya düşmüş olur. Məsələn, birdəfəlik ümumi gediş 50 qəpikdir. Amma bu güzəşt tətbiq olunsa, qiymət 25-35 qəpiyədək düşə bilər. Yəni qiymətlər yarı-yarıya enə bilər. Bu baxımdan, brutto müqavilələrin tətbiqini zəruri hesab edirəm" - deyə, Rauf Ağamirzəyev əlavə edib.

Məlumat üçün qeyd edək ki, brutto müqavilələrə keçidlə əlaqədar təklif hökumətə təqdim olunub və yaxın günlərdə dəyişiklikləri görmək mümkün ola bilər.
скачать dle 11.3
Mojo.az Banner