Mojo.az Banner
17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il Bakıda törədilən cinayətlərin sayı açıqlandı

16.07.2024 21:05 729
Bu il Bakıda törədilən cinayətlərin sayı açıqlandı
2024-cü ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb.

Bu barədə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd edilib.

Bildirilib ki, onların 88,6%-nin açılması təmin olunub.

"Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə törədilən 24 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib.

Qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, mənimsəmə və israf etmə, qaçaqmalçılıq, ekoloji cinayətlərin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrin dövriyyəsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma hadisələrinin sayında isə artım müşahidə olunub", - deyə əlavə edilib.скачать dle 11.3
Mojo.az Banner