16:02 Bu halda Rusiya bazası Ermənistandan çıxarıla bilər  |     15:57 Lənkəranda mobil operatorlardan birinin əməkdaşını elektrik cərəyanı vurdu  |     15:50 Ermənistan vətəndaşlarının məhkəməsində Xocalı soyqırımının şahidi olmuş zərərçəkmişin ifadəsi elan edilib  |     15:44 Naxçıvanda duz istehsalı dayandırıldı  |     15:32 Rusiyalı alpinistlər çətin durumda: 8163 metrlik zirvədən enə bilmirlər  |     14:32 İlkin Süleymanovun vəkili SAXLANILDI - FOTO  |     14:11 Dövlət xidmətinin müharibə iştirakçısı olan əməkdaşı vəfat edib  |     14:01 Zaqatalada oğlu döyülən atanın ÜRƏYİ PARTLADI  |     13:47 Gələn il 17 mindən çox işaxtaranın peşə hazırlığına cəlbi planlaşdırılır  |     13:31 "Sputnik Azərbaycan"ın daha bir əməkdaşı sərbəst buraxıldı  |     12:49 Bakıda qadın tualetdə yıxılıb öldü  |     12:36 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad olundu  |     12:35 Azərbaycanda hakimlərin seçilməsi prosedurları asanlaşdırılıb  |     12:18 Ermənistan ombudsmanına qarşı icraat başladılıb  |     12:17 Kənddə işləyəcək gənc müəllimlərə əlavə 2000 manat veriləcək  |     12:05 Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb  |     12:03 DSX-dən ƏMƏLİYYAT - Saxlanılanlar var (FOTO)  |     12:02 Gələn ildən gübrələrin idxalı ƏDV-dən azad ediləcək  |     11:48 Adıyamanda və Ərzurumda zəlzələ oldu  |     11:36 Beyləqandakı mal bazarında CİDDİ NÖQSANLAR aşkarlandı  |    

Bakıda törədilən 66 qətldən 65-nin üstü açılıb

2018-ci ildə Bakı şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 11813 hadisə qeydə alındığı halda, 2019-cu ildə 637 hadisə, yəni 5,4% azalaraq 11176 hadisə olub, onların açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 təşkil edib.

Bu barədə Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində şəhər prokuroru İlqar Abbasov deyib.

O qeyd edib ki, hesabat dövrü ərzində Bakı şəhər prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib.

Müşavirədə cinayət hadisələrinin sayının azalması müsbət göstərici kimi qiymətləndirilsə də, cinayətlərin açılma faizinin azalması ciddi nöqsan kimi vurğulanaraq bağlı qalan cinayətlərin açılması üçün zəruri olan istintaq-əməliyyat və axtarış tədbirlərinin həyata keçirilməsi tələb edilib. 2019-cu ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) 1-i istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib.
2018-ci illə müqayisədə hesabat dövründə quldurluq hadisəsi 3 hadisə az, yəni 73 hadisə qeydə alınıb, onlardan 8-i bağlı qalıb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olub, onlardan 2-i bağlı qalıb.

2019-cu ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12163 cinayət işindən 4207-nin istintaqı tamamlanıb.

Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 10 milyon 477 min manat maddi ziyandan 42 %-i, yəni 4 milyon 427 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 171 min manat maddi ziyandan 95 %-i, yəni 26 milyon 795 min manatı istintaq zamanı ödətdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 101 22.01.20 19:43