Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb

18.07.2019 20:00 1 631
2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb
2019-cu ilin birinci yarısında Bakıda cinayət hadisələrinin sayı azalıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Bakı şəhər prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olub:

"Qeydə alınmış cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olub. 2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib".

Eyni zamanda o da vurğulanıb ki, ilin birinci yarısında Bakıda 28 quldurluq hadisəsi qeydə alınıb.

İ.Abbasov qeyd edib ki, bundan başqa hesabat dövründə 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Prokurorun sözlərinə görə, ümumilikdə quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hdisələrindən isə 5-i bağlı qalıb.

İ.Abbasov daha sonra əlavə edib: "2019-cu ilin birinci yarısında şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 590 işdən 252-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 6680 cinayət işindən 2183-nün istintaqı tamamlanıb. Hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.579.457 manat maddi ziyandan 43.8 %-i yəni 3.316.706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19.337.628 manat maddi ziyandan 92 %-i yəni, 17.772.953 manatı istintaq zamanı ödətdirilib".скачать dle 11.3

Son xəbərlər