Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Ramiz Taxveliyə ölümündən sonra hökm oxundu

16.07.2024 16:56 894
Ramiz Taxveliyə ölümündən sonra hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə arvadını balkondan ataraq qəsdən öldürən Ramiz Taxveliyə hökm oxunub.

"Unikal"ın məlumatına görə, ilk olaraq dünyasını dəyişən Adelyanın qardaşı Ayaz Süleymanov şahid qismində ifadə verib: "Mənim bacımın uşaqlıqdan psixoloji problemləri olub. Hadisə vaxtı mən orada olmamışam. Ailəli olduqları dövrdə çox mehriban olublar. Sonra Ramizdə də psixoloji problemlər müşahidə olunmağa başladı. Bacımın uşaqlarını anam saxlayır".

Şahidin çıxışından sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikrini öyrənib və dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib. O bildirib ki, Ramiz Taxveli təqsirli bilinsin, ancaq ölümü ilə əlaqədar ittihamedici hökm çıxarılmasın.

Hakim Rasim Sadıxov müşavirədən qayıtdıqdan sonra dövlət ittihamçısının ittihamını dəstəkləyərək Ramiz Taxvelini təqsirli bilsə də, ittihamedici hökm çıxarmayıb.

Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. İttihama əsasən Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

Xatırladaq ki, Ramiz Taxveli "Buta Palace"ın keçmiş art direktoru olub və bu ilin əvvəlində müalicə aldığı psixiatriya xəstəxanasında vəfat edib.

Onu da qeyd edək ki, Adelya Taxveli mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi.

Son xəbərlər