Mojo.az Banner
23:01 Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub  |     22:53 Mikayıl Cabbarov iclas keçirdi  |     22:48 Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR  |     22:40 Latviya Rusiyaya etiraz notası təqdim etdi  |     22:34 Dünya çempionu olsalar da, rekord məbləğdə vergi ödəyəcəklər  |     22:27 Netanyahu iyulun 27-də Trampın dəvətilə Vaşinqtona səfər edəcək  |     22:22 Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən açıqlama  |     22:15 Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib  |     22:08 Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü  |     21:59 "Biləcəri" dairəsində yanğınla bağlı qoyulan məhdudiyyət aradan qaldırıldı  |     21:54 Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO  |     21:46 Xocalı faciəsini "Haray"la dünyaya çatdıran rejissorun doğum günüdür  |     21:40 Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı  |     21:32 "Flora xanım səhhətinə görə təmtəraqlı yubiley təklifindən imtina etdi"  |     21:27 Evini sığortalamayanları nə gözləyir?  |     21:19 Qocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı  |     21:14 Şəki məktəbi şagird yoxdur deyə bağlanır? - Rəsmi açıqlama  |     21:08 Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı (VİDEO)  |     20:55 Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video  |     20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |    
Left Banner
Right Banner

Hadisədən əvvəl vatsapda kəsilmiş barmaq şəkli paylaşıb

03.08.2019 21:45 1 413
Hadisədən əvvəl vatsapda kəsilmiş barmaq şəkli paylaşıb
Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən “Buta Palace”ın art direktoru Ramiz Taxvelinin məhkəməsi keçirilib.

Median.Az qafqazinfo-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə R. Taxvelinin vəkili vəsatət verərək məhkəmə tərkibində olan hakimlər Novruz Kərimov və Rasim Sadıqova etiraz edib.
Vəkil Qanqa İbrahimov bildirib ki, hakimlər şahidlərin dindirilməsinə müdaxilə edərək məhkəmə araşdırmasının obyektiv aparılmasına şərait yaratmırlar:

“Şahidlərdən biri Ramiz Taxvelinin maşınından narkotik tapıldığına şahidlik etdiyini deyirdi. Amma maşının hansı hissəsində narkotik olduğunu bilmirdi. Hakim Rasim Sadıqov “saxlanc yeri” deyərək şahidi istiqamətləndirdi. “102 xidməti”nə zəng edən digər şahid isə əvvəlcə dedi ki, bir nəfərin özünü atdığını görüb. Suallardan sonra isə mərhumun özünü binadan atdığını görmədiyini dedi. Lakin Novruz Kərimov şahidin bu ziddiyyətli sözlərinə müdaxilə edərək “yəqin həmin vaxt elə zənn edib” deyə şahidə istiqamət verib. Bu isə onu göstərir ki, məhkəmə tərkibi ittiham tərəfini müdafiə edir və bu işdə maraqlıdır”. Vəkilin vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu vəsatət məhkəmə gedişatının uzadılmasına hesablanıb.


Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb. Bu zaman məlum olub ki, Ramiz Taxveli hadisədən bir neçə dəqiqə əvvəl vatsapda “status”una kəsilmiş barmaq şəkli qoyub. Başqa bir sənəddə isə Ramiz Taxvelinin vatsapda dostuna “bir baş çəkmişəm” yazdığı yazışma var. O, bununla narkotik vasitə istifadə etdiyini bildirib.
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan R.Taxveli məhkəməyə əlil arabasında gətirilib. Şüşə qəfəsdə deyil, konvoyun nəzarəti ilə salonun girişində əlil arabasında saxlanılır. O, proses zamanı rabitəsiz nitqlər söyləyir. Lakin istintaq onun anlaqlı vəziyyətdə olduğunu müəyyənləşdirib. Keçmiş qayınanası isə Taxvelinin bu hərəkətlərini şou adlandırıb.

Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb.

Mərhum Adelya Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edən Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsidir.скачать dle 11.3
Mojo.az Banner