Mojo.az Banner
23:02 Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş  |     22:57 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı  |     22:50 Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir  |     22:45 418 taksi sürücüsü imtahandan kəsildi  |     22:37 İmişlidə FACİƏ: Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü  |     22:32 Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə itkin düşüb  |     22:25 Bakı-Tbilisi-Bakı üzrə əlavə qatarlar niyə artırılmır?  |     22:19 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:13 Matviyenko: "Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər"  |     22:05 Saxta spirtli içkilər niyə korluğa səbəb olur?  |     21:57 Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - Video  |     21:54 Rusiyaya pul göndərənlərin NƏZƏRİNƏ: AMB-dən mühüm açıqlama  |     21:43 6 milyon yükləmə: İstifadəçilər niyə "Google Xəritələr" əvəzinə bu naviqatora keçirlər?  |     21:36 Son 15 ildə AÇG yatağından nə qədər neft hasil olunub? - İllər üzrə hasilat  |     21:30 Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO  |     21:22 Erkən yaşda sosial mediadan istifadə uşaqların imtahan nəticələrinə necə təsir edir?  |     21:17 Beynəlxalq təcrübədə kartdan-karta limitləri - Praktika nə deyir?  |     21:09 COVID-19 orqanizmdəki gizli virusları aktivləşdirə bilər  |     21:04 Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR  |     20:55 Azərbaycan və Ukrayna arasında dialoq müzakirə olundu  |    
Left Banner
Right Banner

285 saylı tam orta məktəbdə qalmaqal: Müəllim qanunsuz yerə işdən çıxarılıb?

16.07.2024 16:04 759
285 saylı tam orta məktəbdə qalmaqal: Müəllim qanunsuz yerə işdən çıxarılıb?
Bakıda müəllimə haqsız yerə işdən çıxarıldığını iddia edir.

Bu barədə müəllimə Təranə Yusifova özü məlumat verib.

O bildirib ki, 20 ildən çox Yeni Günəşlidə yerləşən 285 saylı tam orta məktəbdə çalışıb:

"Artıq doqquz aydır ki, işdən çıxarılmışam. Haqsızlıqla neçə müddətdir, hüquqi yollarla mübarizə aparıram. Pensiya yaşıma bir il qalsa da, məktəbdə günü uzadılmış qrupların daha olmadığını əsas gətirərək işdən çıxarıblar. İş məhkəməyə verilib. Məhkəmə prosesi aylarla uzanır. Məktəb rəhbərliyi məni təhdid edir. Başqa məktəbdə işlə təmin etmək təklif edilir ki, şikayətimi geri çəkim. Mən 20 ildən çox bu müəssisədə çalışmışam. Bu illər ərzində yeddi direktorla çiyin-çiyinə, heç bir problem yaşamadan fəaliyyətini davam etdirmişəm. Mən başqa təhsil müəssisəsinə getmək istəmirəm. Əsassız yerə işdən azad edildiyim üçün ədalətli qərar qəbul edilməsini və öz iş yerimə bərpa edilməyimi tələb edirəm. Mənə təzminat ödənilməlidir, lakin ödənilmir. Direktor Nuranə Yəhyayeva bu öhdəliyindən boyun qaçırır.

Özüm Ağdam rayonundan keçmiş məcburi köçkünəm, tək yaşayıram. Sosial durumum çox pisdir. Elə vaxt olub, ac-susuz yatmışam. Qış günü işığım sönüb, ödəniş edə bilməmişəm. Prokurorluq orqanları və Suraxanı Rayon Polis İdarəsi tərəfindən neçə dəfə dəvət edilmişəm. Mənim işimdə ciddi nöqsanlara yol verdiyimi iddia edərək məndən şikayət ediblər. Prokurorluq orqanında mənim diplomumun saxta olduğunu iddia ediblər. Halbuki, bu, əsassızdır.

Faktiki olaraq pensiya yaşına bir il qalmış əsassız yerə məni işdən çıxarıb, kompensasiya ödəməyiblər. Maaşımı verməyiblər. Məndən şikayət ünvanlanıb ki, guya mən fəaliyyətim dövründə valideynlərin adından saxta ərizələr yazıb şəxsi işə qoymuşam, uşaqlar qrupda olmadığı halda qrup açmışam. Lakin mən bu cür hallara yol verməmişəm. Valideynləri qorxudaraq mənə qarşı çıxmalarına sövq ediblər. Direktor mənə deyir ki, kimə istəyirsən, şikayət et, mənə heç kim heç nə edə bilməz. İyulun 25-də Nəsimi Rayon Məhkəməsində prosesə yenidən baxılacaq. Bu, sonuncu məhkəmə iclası olacaq. Məni təhdid edirlər ki, mən məhkəmə şikayətimi geri götürüm. Mənim məhkəmədən tələbim işimə bərpa olunmaq və dəymiş ziyanın, təzminatın ödənilməsidir".

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Təranə Allahyar qızı Yusifova 12.07.2017-ci il tarixindən 285 nömrəli tam orta məktəbdə günü uzadılmış qrup rəhbəri kimi çalışıb:

"Günü uzadılmış qrupların 20 şagirddən ibarət komplektləşdirildiyini nəzərə alaraq, 2023-24-cü tədris ilində məktəbdə fəaliyyət göstərən üç qrupdan yalnız birinə lazımi sayda şagird toplanıb.

Bu baxımdan Təranə Yusifova ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib. Təranə Yusifova digər məktəblərdə günü uzadılmış qrup rəhbəri kimi fəaliyyətini davam etdirməsi təklifini də qəbul etməyib. Məsələ ilə bağlı məhkəmə qaydasında araşdırma aparılır".скачать dle 11.3
Mojo.az Banner